Jurnalistlər Qarabağda necə saxta məlumatlar yayırdı? – Ön cəbhədə olmuş jurnalistlə MÜSAHİBƏ + FOTO

15:11 16-11-2020 279

Estoniyanın “RusDelfi” nəşrinin jurnalisti Roman Starapopov Qarabağdakı müharibəni işıqlandırmağa çalışıb. O, cəhbənin ermənistan tərəfində olan hissələrində olub və vətəninə qayıtdıqdan sonra verilişlərin birində özünün həmkarı hesab etdiyi jurnalistlərin yaydığı saxta xəbərlərindən danışıb.

Media.Az-a müsahibədə R. Starapopov bildirib ki, “həmkarlarına” münasibəti dəyişib.

Mən bilirəm ki, siz erməni tərəfdən hadisələri işıqlandıran jurnalistlərin yaratdığı fake xəbərlərdən danışmısız...

Bəli, bu doğrudur. Ancaq etik səbəblərdən bu insanların təmsil etdiyi nəşrlərin adını çəkmək istəməzdim. Bunlar işlərində etibar etdiyim həmkarlarımdır. İndi təbii ki, onlara münasibətim fərqlidir.

Siz bu nəşrlərin adını çəkməyə də bilərsiz, sadəcə misal gətirin, hadisələr necə cərəyan edirdi?

Misal üçün, belə deyək ki, videoya üst-üstə partlayış səsləri yazılır. Müxbir isə yerindən tərpənmir, sirenlər yoxdur, heç kim bomba sığınacağına girmir.

Müxbir danışır, kadr arxasında olan görüntüləri göstərir, jurnalist isə ayaq üstə dayanmaqda davam edir.

Gəlin insanların əhval-ruhiyyəsindən danışaq. Müharibənin aktiv mərhələsi başa çatıb və bundan sonra Ermənistandan “bizə döyüşməyə, müharibə etməyə imkan vermədilər ” kimi ifadələr səsləndirilir. Doğrudanmı Ermənistanda belə əhval-ruhiyyə var?

Dəqiqdir ki, mən orada olduğum zaman belə əhval-ruhiyyə yox idi. Ancaq indi açıqlmalardan, xəbərlərdən görürəm ki, barışıq arzulamaq daha məntiqli olsa da, bu cür fikirlər ortaya çıxır.