Şuşanın icra başçısının oğlu -işdən çıxarıldı

15:46 16-11-2020 144

Daxili işlər orqanlarında yeni təyinat olub.

Yenixeber.org: Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub.

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.