“Azərbaycan Ordusu şücaət göstərdi” -İmran Xan

15:50 16-11-2020 198
Pakistanın Baş Naziri İmran Xan Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın işğaldan azad edilməsi əməliyyatlarını alqışlayıb.
Yenixeber.org: Bu barədə Pakistan lideri ölkə televiziyasına müsahibəsində deyib.

"Azərbaycan Ordusu nümunəvi şücaət göstərdi", - deyən Baş Nazir əlavə edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir mübahisə yoxdur.

"Bütün dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir. Onlar (azərbaycanlılar) öz ərazilərinə qayıdırlar”.