Sülhməramlılar Xudavəngdə iki post qurur

22:33 16-11-2020 90
Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək. Bunlardan biri ərazinin girişində, digəri monastrın özündə olacaq.
 Bunu Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib.

Onun sözlərinə görə, hazırda sülhməramlılar noyabrın 25-də ermənilərin Kəlbəcəri tərk etmələri barədə razılaşmanın qüvvəyə minməsinə hazırlaşırlar. Belə ki, bu gündən etibarən müşahidə postlarının təchizatına başlanılır. Noyabrın 25-dən sonra isə sistemli işlər aparılacaq.

Qeyd edək ki, Xudavəng Kəlbəcər rayonu ərazisində yerləşən qədim monastrdır.