Koronavirusa yoluxanların sayı 55 milyonu keçib-DÜNYADA

13:43 17-11-2020 171
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 55 milyon 349 min 529 nəfərə çatıb.
Yenixeber.org: "Worldometers" saytı xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 332 min 328 nəfərdir. İndiyədək 38 milyon 493 min 441 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumilikdə isə son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.