Ərdoğan hökumət üzvləri ilə -Qarabağdakı vəziyyəti müzakirə edəcək

13:57 17-11-2020 135

Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Yenixeber.org: “Sabah” xəbər verir ki, toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaranmış son vəziyyət, atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı məsələ də müzakirə ediləcək.

Qeyd olunub ki, iclasda həmçinin koronavirus pandemiyasına qarşı mübarizə və Şərqi Aralıq dənizindəki son durum, xüsusilə karbohidrogen ehtiyatlarının kəşfiyyat-axtarış prosesləri, Şimali Kipr Türk Respublikasına ediləcək sərmayələr və digər mövzular müzakirəyə çıxarılacaq.