Armen Sarkisyan Paşinyanı istefa verməyə çağırıb

14:00 17-11-2020 144

Ermənistan prezidenti Armen Sarkisyan hökuməti və Milli Məclisi vaxtından əvvəl parlament seçkilərinə hazırlaşmağa çağırıb.

Yenixeber.org: Onun sözlərinə görə, Ermənistan cəlb edildiyi müharibədə - təkcə döyüş meydanında deyil, eləcə də diplomatik səhnədə məğlub olub. Ölkə artıq sentyabrın 26-dakı və hətta noyabrın 8-dəki, yəni müharibənin başa çatmasından bir gün əvvəlki ölkə deyil.

“Arsax yaralanıb. Cəmiyyət coşub. Yaralı iqtisadiyyat böyük sosial problemlərlə həddindən artıq yüklənib. Arsaxdan çox sayda insan axını nəticəsində humanitar fəlakət baş verir... Reallığa məhəl qoymaya və adi həyatımızı yaşamağa davam edə bilmərik”, deyə prezidentin müraciətində bildirilir.

 

Sarkisyanın sözlərinə görə, son günlər o, parlament qüvvələri və parlamentdənkənar qüvvələrlə, cəmiyyət qrupları və fərdlərlə bir neçə görüş keçirib. Diaspor nümayəndələri ilə telefon söhbətləri aparıb. Və bir məsələdə – hökumətin istefa verməsi və ya nazirlər kabinetinin səlahiyyətlərinə xitam verilməsi və vaxtından əvvəl parlament seçkiləri keçirilməsi məsələsində görüşlərin əksər iştirakçılarının fikri üst-üstə düşür.

Müharibənin başa çatmasına baxmayaraq, Qarabağ və Ermənistan, habelə bütün erməni xalqı yeni sınaqlar mərhələsinə qədəm qoyur və hər bir səhv ağır nəticələrə gətirib çıxara bilər.

O, hökuməti və hakim qüvvəni öz potensialını obyektiv qiymətləndirməyə, qısa müddət ərzində konstitusiya proseslərinin keçirilməsi üzrə yol xəritəsi təqdim etməyə çağırır. Bu proseslər nəticəsində yeni seçkilərin keçirilməsi mümkün olacaq, buna qədər isə ölkənin idarəçilyi yüksək ixtisasa malik milli razılıq hökumətinə verilməlidir.

Sarkisyan qeyd edir ki, onun bütün müşahidələri müstəsna olaraq ümumdövlət və ümummilli maraqlara əsaslanır. Prezident ümid edir ki, bütün siyasi qüvvələr bu məsuliyyətli məqamı dərk edəcəklər və tarixi missiyada onlara düşən payı layiqincə yerinə yetirəcəklər. O xatırladır ki, bu gün Ermənistanda gedən prosesləri ölkənin həm müttəfiqləri, həm də düşmənləri izləyir.