Qarabağda yeni avtomobil yolu inşa ediləcək- FOTOLAR

14:03 17-11-2020 180

Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa ediləcək.

 Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Səfər zamanı yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.