28 ildir ürəyində erməni gülləsi ilə gəzən “Maştağa” ləqəbli qəhrəmanımız - VİDEO

20:42 17-11-2020 243

Birinci Qarabağ müharibəsində iştirak edən “Maştağa” ləqəbli qazimiz Ağagülov Vidadi 44 günlük Vətən müharibəsində yenidən ön cəbhədə idi. 

“PrimeTime” saytına müsahibə verən V.Ağagülov bildirir ki, 28 ildir ürəyində erməni gülləsi ilə gəzib: “Torpaqlarımız işğaldan azad olandan sonra ürəyimi yoxlatdım. Vəziyyəti yaxşıdı, sağalıb”.

Qeyd edək ki, 28 il əvvəl Ağdərənin azad olunmasında qəhramanlıq göstərmiş Bakının Maştağa kəndindən olan qazimiz bu illər ərzində bir dəfə də olsun formasını əynindən çıxarmadı.

Müsahibəni təqdim edirik: