Azərbaycanda koronavirusa yoluxanların statistikası açıqlandı

11:59 18-11-2020 90

Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə dəqiq təsnifatı yayımlanıb. 

 koronavirusinfo.az-a istinadən xəbər verir ki, ən çox yoluxma Bakıda qeydə alınıb.

COVıD-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu 14,7 faizlə ilk yerdədir.

Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,7 faizi Xətai, 11,6 faiz Yasamal, 11,3 faiz isə Sabunçu rayonunun payına düşür. 

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 8,4 faizi Suraxanı rayonunda, 8,3 faizi Nəsimi rayonunda, 8,0 faizi Nərimanov rayonunda, 7,3 faizi Nizami rayonunda, 6,3 faizi Qaradağ rayonunda, 6,3 faizi Xəzər rayonunda, 4,8 faizi Səbail rayonunda yaşayanlardır. 

Həmişə olduğu kimi, bu dəfə də Bakı rayonları üzrə ən az yoluxma Pirallahıda qeydə alınıb. Rayon üzrə yoluxma faizi cəmi 0,3 faiz təşkil edib.

Ümumi yoluxmanın 53,5 faizi Bakının, 13,8 faizi Abşeronun, 11,3 faizi Aranın, 7,2 faizi Gəncə-Qazaxın, 4 faizi Lənkəranın, 3,3 faizi Şəki-Zaqatalanın, 3,2 faizi Quba-Xaçmazın, 1,9 faizi Dağlıq Şirvanın, 1,0 faizi Yuxarı Qarabağın, 0,06 faizi Naxçıvanın payına düşüb.

Koronavirusa yoluxanların 0,7 faizini ölkə xaricindən gələnlər təşkil edir.