Zülfüqarlı qardaşlarının vergidən 10 milyonlarla manat gizlətdikləri üzə çıxdı, cinayət işi açıldı - Qardaşlar ölkədən qaçmaq istəyirlər

12:03 18-11-2020 180

Vergilər Nazirliyi Loğman və Nürəddin Zülfüqarlı qardaşlarının rəhbərlik etdiyi "Bakı İnşaat Sənaye" ASC-də  10 milyonlala manat vergidən yayınma faktı aşkarlayıb. 

Avropa.info-nun əldə etdiyi məlumata görə, Nazirliyin əməkdaşlarının "Bakı İnşaat Sənaye" ASC-də apardığı yoxlamalar nəticəsində Zülfüqarlı qardaşlarının dövlətdən 10 milyonla manat gizlətdikləri üzə çıxıb. 

Əldə etdiyimiz məlumata görə, vergidən yayınma faktına görə, Zülfüqarlı qardaşlarına cinayət işi açılıb, onlara məxsus  "Bakı İnşaat Sənaye" ASC isə 4 milyon 100 min manat cərimələnib. Mənbəmizin məlumatında deyilir ki, haqlarında cinayət işi açılan Zülfüqarlı qardaşlarının ölkədən çıxışına qadağa qoyulub. Məhz bu səbəbdən də qalmaqallı qardaşlar ölkədən qaçmağın yollarını arayırlar.   

Qeyd edək ki, keçmiş oliqarxlar hesab edilən Zülfüqarlı qardaşları 2002-ci ildə “Bakı Elektroştamp”, 2003-cü ildə isə “Bakı Poladtökmə” zavodunun səhmələrini qanunsuzluqla ələ keçiriblər.

Əvvəllər kustar sexlərində keyfiyyətsiz armatur və başqa tikinti məmulatları istehsal edən Zülfüqarlı qardaşları 2003-cü ildə tam qanunsuzluqla Poladxan Məmmədkərima aid “Bakı Poladtökmə” zavodunu və bu zavodun avadanlıqlarını ələ keçirdilər. İşgüzar dairələrdə özlərinə məxsus işgüzar ləyaqətsizlikləri ilə tanınan qardaşlar qısa müddətdə haqsız glir əldə edərək, ölkənin ən varlı oliqarxlarından birinə çevirildilər. Lakin, 2005-ci ildə qardaşların qanunsuzluqaları üzə çıxdı və hətta yolları həbsdən keçdi. 

Həbsdən sonra, işbazlıqlarını Türkiyədə davam etdirən qardaşlar bu arada fürsət tapıb, özləri kimi qanunsuz biznesdə ad çıxaran və hazırda FETÖ-dən həbsdə olan "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla da qohum oldular. 

Bir müddət sonra yenidən Azərbaycanda peyda olan qardaşlar göründüyü kimi köhnə şakərlərindən əl çəkməyiblər. İndi də dövlətə nə az, nə çox 4 milyon 100 min manat "atmaq" istəyərkən yaxalanıblar. Və hazırda da ölkədən qaçmağın yollarını arayırlar.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənbə Avropa.info