Türkiyə BMM-dəki müzakirələrin mesajları

18:37 18-11-2020 153

I YAZI

 BİRİNCİSİ, bu məsələyə diqqətinizi yönəltmək istəyirəm. Qarabağla, eləcə də bütün məsələlərlə bağlı müzakirələrdə bir-birimizi ittiham etməyək, şeytanlaşdırmayaq. Kimin sözü varsa, desin, dəlillərini ortaya qoysun, müzakirə nemətdir, ağıllı adamlar sərvətdir, Azərbaycan xalqının dirçəlişinin göstəricisidir. Dəyərli yazıları oxuyaq, yazana təşəkkür edək, məsələn, mən Professor Qubad İbadoğlunun yazılarını sevə-sevə oxuyuram. Ağılı, elmi önə çıxaraq, duyğular da olsun, ancaq ağılın nəzarətində olsun. Bu müzakirələr sağlam yöndə getsə, həqiqətlərin ortaya çıxmasına səbəb olacaq, biz doğruları qavrayacaq, xeyirli qərarlar verəcəyik. Bu, Qurani-Kərimdə bir peyğəmbər duasıdır: EY RƏBBİM, MƏNƏ DOĞRU DÜŞÜNMƏK BACARIĞI VER. Şəxslərə deyil, dediklərinə baxaq, hər şeyi qəbul etməyək, hər şeyi rədd də etməyək, seçici olaq, seçmək üçün ölçülərimiz olsun, doğruları alaq, yanlışları ataq. Dəlillə (elmlə) danışaq, dəlilsiz söz iftiradır. Uca Allah buyurur ki, inanan bir dəlillə inansın, inkar edən də bir dəlillə inkar etsin. Uca Allah bizim sürü deyil, şüurlu ümmət olmağımızı istəyir. Sürü ilə ümmətin fərqi budur: sürü düşünməz, seçməz, təqlid edər, ümmət düşünər, seçər, sual verər.

İKİNCİSİ, uca Allah insanın həqiqəti öyrənməsinə imkan verməyən səbəbləri bir-bir açıqlamışdır: 1) cəhalət; 2) ağlından doğru istifadə etməmək; 3) kin; 4) paxıllıq; 5) irqçilik, 6) təkəbbür; 7) pis niyyət; 8) şəxsi çıxar; 9) yanlış təəssübkeşlik; 10) yersiz inad; 11) düşünməmək; 12) ideoloji (siyasi, irqçi, məzhəbçi, təriqətçi) yanaşma; 13) məsləhətdən qaçmaq; 14) ağıl ağıldan üstündür ölçüsündən imtina etmək; 15) uca Allahın hər bilənin üstündə bir bilən vardır ayəsini qəbul etməmək; 16) məsləhətli don gen olar ölçüsündən uzaqlaşmaq. Qurani-Kərimdə bir surə var, adı MƏSLƏHƏT-DİR, ŞURADIR, uca Allah dövlət idarəçiliyinin əsaslarını müəyyən etmişdir, biri də məsləhətdir: TÖVHİD, ƏDALƏT, ƏHLİYYƏT VƏ LƏYAQƏT, HƏQİQƏT, ŞƏFQƏT VƏ MƏRHƏ-MƏT, ÜMİD, MƏSLƏ-HƏT, BARIŞ.

ÜÇÜNCÜSÜ, İLHAM ƏLİYEV nə deyirsə, doğru deyir, İLHAM ƏLİYEV nə deyirsə, yanlış deyir ölçülərindən uzaqlaşaq. Doğru işlərinə “hə”, yanlış işlərinə “yox” deyək.

DÖRDÜNCÜSÜ, Türkiyə Böyük Millət Məclisində Cümhur Başkanı RƏCƏB TAYYİB ƏR-DOĞANIN məclisə göndərdiyi sənəd müzakirə olundu. Bu mesajlar önə çıxdı:

  • TÜRKİYƏ ORDUSU sülhməramlı qüvvələrin içində yoxdur, üçtərəfli anlaşmaya görə, bu iş ancaq Rusiya ordusuna verilmişdir (xalqı aldatmayaq, TÜRK ORDUSU rus ordusu ilə birlikdə sülhməramlı qüvvələrin içində deyil);
  • TÜRK ƏSGƏRLƏRİ (onların içində mülki şəxslər də olacaq) atəşkəsə nəzarət üçün yaradılacaq müşahidə qrupun içində yer tutacaq;
  • Müşahidə qrupunun yerləşəcəyi bölgələri AZƏR-BAYCAN müəyyən edəcək;
  • TÜRKİYƏ bu müşahidə qruplarının işğaldan azad edilmiş bölgələrdə olmasını istəyir, Rusiya buna qəti etiraz edir;
  • Müşahidə qrupu hərəkətsizdir, yəni daimi yeri olacaq;
  • Müşahidə qrupunun işi barışa, sabitliyə, atəşkəsin yerinə yetirilməsinə nəzarətdir, məlumat toplamaqdır;
  • TÜRK ORDUSUNUN müşahidəçi kimi AZƏR-BAYCANDA olmasının vaxtı bir ildir. Müşahidə qrupunun olması önəmlidir, ancaq bizim istəyimiz TÜRK OR-DUSUNUN QARABAĞA yerləşməsidir;
  • İmzalanmış sənəd son çözüm deyil;
  • İrəlidə gərgin, siyasi, diplomatik mübarizə var;
  • AZƏRBAYCAN BÖ-YÜK ZƏFƏR QAZANMIŞ-DIR, ancaq Rusiya bu zəfərin tam olmasına imkan verməmişdir;
  • AZƏRBAYCAN XAN-KƏNDİNƏ girsə idi, məsələ bitmişdi;
  • Bu savaşın tam qazananı Rusiyadır, o Minsk Qrupuna daxil olan dövlətləri prosesdən kənarlaşdıraraq vəziyyətə hakim olmuşdur;
  • Rusiya CƏSUR AZƏRBAYCAN ORDUSU ŞUŞANI FƏTH etdikdən sonra aktiv müdaxilə etmişdir;
  • Ermənistan siyasi, iqtisadi, hərbi, geosiyasi baxımdan darmadağın olmuşdur;
  • Ermənistan güvəndiyi dövlətlərdən tələb etdiyi yardımı tam ala bilməmişdir;
  • Rusiya öz mənfəəti üçün tarixən yaratdığı, hər cür dəstək verdiyi Ermənistanı belə sata biləcəyini göstərmişdir;
  • Böyük Ermənistan xəyalı suya düşmüşdür;
  • Ermənistanın TÜRKİYƏYƏ qarşı irəli sürdüyü əsassız soyqırım iddiaları zəifləmişdir. Belə ki, bütün dünya ermənilərin vəhşiliyini görmüşdür;
  • Ermənilər rusları xain elan etmişlər;
  • Ermənistan Minsk Qrupu formatını bərpa etməyə çalışır;
  • Ermənistan Dağlıq Qarabağın müstəqilliyi hədəfindən əl çəkməmişdir;
  • Dağlıq Qarabağın Rusiyanın idarəçiliyinə keçmək təhlükəsi var;
  • Erməni diasporu savaş istəyir;
  • Erməni din adamları – kilsə savaş istəyir;
  • Minsk Qrupu bərpa olunsa, AZƏRBAYCANDAN Dağlıq Qarabağa status istəyəcək;
  • Ermənistan Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına çalışır;

(Ardı var)

 Siraceddin Haci