Düşmən üzərində qələbə çox möhtəşəmdir...

19:06 18-11-2020 522

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

  Amma düşmənin başı hələ tam əzilməyib...

  Azərbaycan xalqı və dövləti düşmən üzərində misilsiz tarixi zəfər çaldı! Bu zəfər Azərbaycan Şanlı Ordusunun gücü, Ali Baş Komandanın siyasi iradəsi və qardaş Türkiyənin maddi və mənəvi dəstəyilə qazanılan çox vacib qələbədir! Hər kəs anlayır ki, biz müharibədə tək düşmən ermənilər üzərində deyil, eyni zamanda Rusiya və dünya xristian güclərinin üzərində qələbə qazanmışıq! Erməni quldur dəstələri tərəfindən 30 il işğalda qalan Azərbaycan torpaqlarının 44 gün davam edən və düşmənin tam məğlub edilməsi nəticəsində azad olunması böyük qələbədir! Bu qələbə çox möhtəşəmdir! Bu qələbəni xalqımız, dövlətimiz və bütün türk dünyası üçün böyük zəfərin başlanğıcı hesab edirəm!

Heç şübhə yoxdur ki, işğal altında olan torpaqlarımızın düşməndən azad olunması, düşmənin qısa müddətdə darmadağın edilməsi, atəşkəsə məcbur edilməsi və müharibənin qələbə ilə bitməsinin qəhrəmanı Müzəffər Azərbaycan Ordusudur!

Düşmənin məhv edilməsində, möhtəşəm qələbənin əldə olunmasında yerləri əbədi olaraq başımızın üstündə, əziz xatirələri isə daim qəlbimizdə olan qəhrəman Şəhidlərimiz bu müharibənin bütün ağırlığını üzərlərinə götürdü və canlarını torpaq uğrunda qurban verdilər! Bu qəhrəmanlarımızın ruhları qarşısında baş əyirəm və onlara  Allahdan rəhmət diləyirəm!

Azərbaycan Ordusunun düşmən üzərində möhtəşəm qələbə qazanmasının digər əsas amili isə, şübhəsiz, xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi, sıx birləşib, düşməni məhv etməyə köklənməsidir! Xalqımız torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə lazım olanı etdi, ailəsini, malını, mülkünü, övladını, xülasə, heç nəyi əsirgəmədi, düşməni məhv edib, tam təslim olması, dövlətimizin möhtəşəm qələbə çalması, işğaldan azad olunmuş torpaqlarımızda möhkəmlənmək üçün nə lazımdırsa verdi!

Bu müharibə Azərbaycan xalqının nə qədər fədakar, mətin, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik olduğunu, vətəni uğrunda canından keçməyə hazır olduğunu bir daha bütün dünyaya göstərdi!

Xalqımız özünün döyüş əzmkarlığını, yüksək döyüş qabiliyyətinə malik xalq olduğunu “Azərbaycan xalqının qorxaq, döyüşməyi bacarmayan, yalnız alverlə məşğul olan” xalq olduğunu Rusiya telekanallarında iddia edən erməniyanlılara sübut etdi! Müharibə xalqımızın nə qədər döyüşkən, cəsur, mərd və mübariz, ermənilərin isə daim rusların arxasında gizlənən, qorxaq, döyüşməyi bacarmayan, şərəfsiz və ləyaqətsiz faşist xislətli xalq olduğunu təsdiq etdi. Müharibə həm də sübut etdi ki, rusların hərtərəfli yardımı olmasa, ermənilər Ermənistan dövlətini qoruyub saxlamağa qadir deyil.

Azərbaycanın böyük üstünlüyü ilə gedən və qələbəsilə bitən qanlı müharibə onu da sübut etdi ki, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətini yaradan ermənilər deyil, ruslardır. Rusiya Ermənistanın məğlub olduğunu, Xankəndini də itirəcəyini görüb, özünə lazımı məqamda, ermənilərin yalvardığı anda ölkəmizin üstünlüyü ilə gedən müharibəyə müdaxilə edib, bizi atəşkəs imzalamağa vadar etməsəydi, Azərbaycan ordusu 2-3 gün ərzində erməni terroristlərinin nəzarətində olan Xankəndini və digər əraziləri də işğaldan azad edəcəkdir! Lakin Rusiya, həmişə olduğu kimi, müharibənin gedişinin onlara faydalı olmayacağını hiss edib, tələm-tələsik üç ölkə rəhbərinin  gecəyarısı atəşkəs barədə bəyanat imzalanmasına nail oldu!

Beləliklə, Ermənistan müharibədə ağır məğlubiyyətə düçar olduğunu etiraf etdi! Azərbaycan isə işğal altındakı torpaqlarının böyük hissəsini geri aldı. Qardaş Türkiyə ordusunun Azərbaycana rəsmi daxil olmasına, atəşkəs barədə imzalanmış bəyanatda əks olunmuş tələblərin Rusiya tərəfindən yerinə yetirliməsinə birlikdə nəzarət etməsinə nail oldu. Rusiya isə Xankəndini və erməni hərbi birləşmələrinin nəzarətində olan torpaqlarımızı əlinə keçirərək, ordusunu Azərbaycan torpağına, müvəqqəti də olsa(!), yeritməyə nail oldu!

Qardaş Türkyə hərbçilərinin üç ölkə rəhbərinin imzaladığı bəyanatdakı şərtlərin yerinə yetirilməsinə nəzarətə cəlb olunması ölkəmiz üçün çox müsbət hadisədir. Türkiyə hərbçilərinin ölkəmizdə olması Rusiyanın bölgədə hegemonluğuna əngəl yaradacaq və rus hərbçilərinin Qarabağda daimi qalması üçün Azərbaycandan Qarabağda yaşayan ermənilərə status almaq istəyinin gerçəkləşməsinə maneə ola biləcəyinə böyük ümid yaradır!

Amma iki əsrdir ki, erməni-rus birliyinin ölkəmizə qarşı bəslədikləri düşmən münasibətə indilikdə son qoyulduğunu düşünmək kökündən yanlışdır. Onların ölkəmizdə məkrli məqsədlərinə çatmaq üçün yenidən Azərbaycana qarşı təcavüz planları həyata keçirməyə cəhd edəcəklərinə şübhə yoxdur. Bunu nəzərə alaraq, Azərbaycan düşmənin xəyanətkar həmlələrinin qarşısını almaq məqsədilə ciddi hazırlıq görməlidir. Dövlətimizin iqtisadi qüdrətinin artırılması, ordumuzun daha da güclənməsi, xalqımızın firavan, təhlükəsiz həyatının təmin olunması üçün qarşıda bizi hələ  görüləcək çox işlər  gözləyir.