Bakı Beynəlxalq Avtovağzalın rəhbəri yeni otel şirkəti yaradıb

19:25 18-11-2020 216

Azərbaycanda “Baku Vinter Hotel Company” MMC adlı şirkət təsis edilib.

 Banker.az-a istinadən xəbər verir ki, “Baku Vinter Hotel Company” MMC-nin qanuni təmsilçisi Səidə Baxşiyeva Əflatun qızıdır.

Səidə Baxşiyeva bu ilin əvvəlində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru təyin edilib. Səidə Baxşiyeva “Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli”, “Baku Boulevard Hotel Company” və “Baku Hospitality Company” şirkətlərinin də rəhbəridir. Bu şirkətlər “Absheron Holtel Group”a daxildirlər.

“Baku Vinter Hotel Company” MMC-nin nizamnamə kapitalı 1 000 manatdır və hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər PR ev.153.-də fəaliyyət göstərəcək.

MillətinSəsi.info