Ermənilər geri qaytarılan 7 kəndi də yandırmağa başladı –Video

09:25 19-11-2020 135

Məlum olduğu kimi, noyabrın 20-nə kimi Ağdamın daha 7 kəndi Azərbaycana qaytarılacaq. 

Bunlar keçmiş Ağdərə rayonunun Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalı, Ciləbürt kəndləridir. Ağdərə rayonu ləğv edildikdən sonra bu kəndlər Ağdam rayonuna birləşdirilib. 

Lakin ermənilər boşaltmaq məcburiyyətində qaldırları bu kəndləri də yandırmağa başlayıblar. Boyəhmədli kənd sakini erməni əsilli mağaza sahibi Armen deyir ki, iki gün ərzində əşyalarını daşıya bilməyəcək. Ona görə də mağazanın türklərə qalmaması üçün yandırır.