İllərlə düşmən işğalında qalan ən qədim yaşayış məntəqəsi Azıx mağarasından REPORTAJ - FOTO/VİDEO

12:32 19-11-2020 144

Noyabrın 9-da Azərbaycanın, eləcə də, dünyanın ən qədim yaşayış məntəqələrindən biri olan Xocavənd rayonunun Azıx kəndi işğaldan azad olunub.

 Baku TV-nin komandası Azıx mağarasında eksklüziv görüntülər lentə alıb.

Azıx mağarası Azərbaycanda insanların yaşadığı ən qədim mağaradır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir.

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan üç kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir. 

Azıx mağarasının sahəsi 800 kvadrat kilometrdir.

Burada uzunluğu 600 metrə qədər uzanan səkkiz dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Qeyd edək ki, bir neçə gen əvvəl Mədəniyyət Nazirliyi Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar aparıldığı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilib.

Mağaradan eksklüziv reportajı təqdim edirik:

 

Fərdin İsazadə
Ramil Zeynalov