Rusiyanın başı dərddə:"Ukrayna Türkiyənin "Bayraktar TB2" pilotsuz təyyarəsini Donbassa yerləşdirdi"

13:00 19-11-2020 162

Ukrayna Donbassda hərbi əməliyyatlara hazrılaşır. Rəsmi Kiyev qondarma DXR və LXR sərhədlərinə Türkiyədə istehsal olunan “Bayraktar TB2” pilotsuz uçan aparatları gətirib.

 Ukrayna mediası xəbər verir ki, bununla bağlı informasiyalar bir müddət əvvəl sosial şəbəkələrdə də geniş yayılıb.

“Voenniy Obozrevatel” Telegram kanalının müəlliflərinin verdiyi məlumatlara görə, “Kramatorsk şəhərinə artıq altı pilotsuz təyyarə göndərilib”.

Xatırladaq ki, bu həftənin əvvəlində qondarma “DXR” rejiminin Təhlükəsizlik Şurasının keçmiş katibi Aleksandr Xodakovski bildirmişdi ki, Dağlıq Qarabağda həyata keçirilən senari tezliklə bu bölgədə də həyata keçiriləcək. Separatçı rejimin məğlubiyyəti isə qaçılmazdır.(konkret)