Məcburi köçkünlər üçün Bakıda yeni qəsəbə salınacaq

20:00 20-11-2020 270

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün yeni qəsəbə inşa edir.

Yeniavaz.com xəbər verir ki, yeni qəsəbənin tikintisilə əlaqədər bu ilin oktyabr ayının 7-də açıq tender elan olunub. Bu gün (19.11.2020) qəsəbədə inşa olunacaq binalarınhansı şirkətlər tərəfindən inşa olunacağı məlum olub.
Ümumi dəyəri 50 milyon manata yaxın olan 15 tender müsabiqəsini aşağıdakı şirkətlər udub.

1.  "ALIBƏYLİ ŞİRKƏTİ" MMC-yə 9 mərtəbəli 54 mənzilli 9 №-li yaşayış binasının tikintisi üçün 3 273 419,97 manat.

2.  "AKKORD GENERAL CONSTRUCTİON" MMC-yə 9 mərtəbəli 54 mənzilli 12 №-li yaşayış binasının tikintisi üçün 3 228 890,47 manat.

3.   "M.NAZİMOÖLU" MMC-yə 9 mərtəbəli 54 mənzilli 15 №-li yaşayış binasının tikintisi üçün 3 275 379,38 manat.

4.   "KÜR-ARAZ ŞİRKƏTİ" MMC-yə 9 mərtəbəli 54 mənzilli 14 №-li yaşayış binasının tikintisi üçün 3 278 939,38 manat.

5.   "AKKORD GENERAL CONSTRUCTİON" MMC-yə 9 mərtəbəli 54 mənzilli 12 №-li yaşayış binasının tikintisi üçün 3 228 888,55 manat.

6. "TUNEL-METRO İNŞAAT" MMC-yə 9 mərtəbəli 54 mənzilli 5 №-li yaşayış binasının tikintisi üçün 3 278 644,09 manat.

7.   "GM CONSTRUCTİON" MMC-yə 9 mərtəbəli 54 mənzilli 6 №-li yaşayış binasının tikintisi üçün 3 270 196 manat.

8.   "GM CONSTRUCTİON" MMC-yə 9 mərtəbəli 54 mənzilli 7 №-li yaşayış binasının tikintisi üçün 3 270 196 manat.

9.   "PROGRESS" SƏNAYE-İSTEHSALAT ŞİRKƏTİ-nə 9 mərtəbəli 54 mənzilli 8 №-li yaşayış binasının tikintisi üçün 3 277 587,92 manat.

10.  "ALIBƏYLİ ŞİRKƏTİ" MMC-yə 9 mərtəbəli 54 mənzilli 10 №-li yaşayış binasının tikintisi üçün 3 273 419,05 manat.

11.  "AZMAN HOLDİNG" MMC-yə 9 mərtəbəli 54 mənzilli 11 №-li yaşayış binasının tikintisi üçün 3 259 557,15 manat.

12.   "KONSEPT HOLDİNG" MMC-yə 9 mərtəbəli 54 mənzilli 4 №-li yaşayış binasının tikintisi üçün 3 277 729,68 manat.

13. "RABİTƏİNŞAAT" ASC-yə 9 mərtəbəli 54 mənzilli 3 №-li yaşayış binasının tikintisi üçün 3 276 085,05 manat.

14.  "RABİTƏİNŞAAT" ASC-yə 9 mərtəbəli 54 mənzilli 2 №-li yaşayış binasının tikintisi üçün 3 276 280,6 manat.

15. "MÜASİR TİKİNTİLƏR" MMC-yə 9 mərtəbəli 54 mənzilli 1 №-li yaşayış binasının tikintisi üçün 3 245 418,09 manat.

Məlumat üçün qeyd edək ki, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün 54 mənzildən ibarət olan 15 ədəd 9 mərtəbəli binanın tikintisi nəzərdə tutulub.

Onu da bildirək ki, bu ilin sentyabr ayının 27-də Azərbaycan Ordusunun işğal altında olan ərazilərin azad olunması məqsədilə keçirdiyi əks-hücum əməliyyatı noyabr ayının 10-da uğurla başa çatıb. Məcburi köçkünlərin işğaldan azad olan rayonlara geri dönməsi üçün yaxın zamanlarda dövlət proqramının qəbul olunacağı gözlənilir.

Mənbə Yeniavaz.com