Pakistan səfirindən -Ağdam təbriki

22:02 20-11-2020 85
Pakistanın Bakıdakı səfiri Bilal Haye Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə səfir “Tvitter” hesabında yazıb.

“Təbrik edirəm, Azərbaycan. Sizin Ağdam nəhayət azad oldu və ona qovuşdunuz”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün Ağdam rayonu 27 ildən sonra erməni işğalından azad olunub.