Xalq Ali Baş Komandanı qəhrəmanlıq salnaməsi yazan sərkərdə adlandırır - MÜRACİƏTLƏR

15:29 22-11-2020 105

Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktublar gəlməkdə davam edir.

Xalq 28 ildən sonra Azərbaycan torpaqlarını işğaldan azad edən Ali Baş Komandana, hər an millətinin, ordusunun yanında olan ölkə başçısına öz təşəkkürünü bildirir.

Həmin məktublarda xalq Ali Baş Komandana 28 ildən sonra 44 gün ərzində qazanılan qələbə münasibətilə təşəkkürlərini çatdırıb. 

Qələbə sevincini ölkəmizdə yaşayan azərbaycanlılarla yanaşı, ölkədən kənarda yaşayan həmvətənlərimiz də qürur hissi ilə qeyd edib. 

Prezidentə ünvanlanan müraciətlərdə uşaqdan-böyüyə hər kəs döyüş tapşırıqlarını məharətlə yerinə yetirmiş qalib əsgərlərimizin əzmlə işğaldan azad etdikləri tarixi Azərbaycan torpaqlarında üçrəngli bayrağımızın dalğalanmasını qəlblərdə qürur və sevinc hissi yaşatdığını dilə gətirir.

Xalq Müzəffər Ali Baş Komandanın öz şücaəti ilə yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaratdığını, bütün dünya ölkələrinə Azərbaycanın gücünü nümayiş etdirdiyini qeyd edir.

Bu yolda həmvətənlərimiz daim Prezidentimizi dəstəkləyir. Zəfərin Azərbaycan xalqının yanında olduğuna inanırlar.