Putin Rusiyanı Qarabağla bağlı razılaşmanın əldə olunmasında vasitəçi adlandırdı

15:44 22-11-2020 144

“Rusiya Dağlıq Qarabağla bağlı razılaşmanın əldə olunmasında yalnız vasitəçi rolunu oynadı və öz üzərinə tərəflərin sülh yolu ilə aralanması üçün öhdəliklər götürdü”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya sadəcə vasitəçi rolunu icra edib və bu sənəd üzrə tərəflərin sülh yolu ilə aralanmasını həyata keçirmək məsuliyyətini öz üzərinə götürüb. Biz hazırda elə bunu edirik”, - deyə V.Putin bildirib.

Rusiya lideri qeyd edib ki, müqavilənin müəllifləri üç tərəf – Rusiya, Azərbaycan və Ermənistan olub:

“Mətnin özünə gəldikdə isə bunu biz üçümüz etdik – mən, təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyan. Başqa cür ola bilməzdi, çünki mahiyyətcə bu, iki tərəf arasındakı razılaşma idi”.