"McDonalds"u boykot edən müəllim işlədiyi Avropa Azərbaycan Təhsil məktəbindən qovulub?

15:49 22-11-2020 225

"Mc Donalds-ı boykot edək" kampaniyasının təşkilatçısı olmuş Hüseyn Həsənov müəllim işlədiyi  Avropa Azərbaycan Təhsil məktəbindən qovulub.

Hüseyn Həsənov ölkəmizdə "Madam ki, frençayzinq qaydalarına görə silinib, o zaman niyə PapaJohns`un səhifəsindən qondarma `(s)Arsax`ın bayrağı silinmədi? Ancaq McD"ınki keçərli oldu? Deməli məsələ frençayzing deyil, məsələ erməni lobbisidir" deyib erməni lobbisinin ölkəmizdəki təsirlərinə etiraz edirdi.

MillətinSəsi.info xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Dünən gənc müəllimə töhmət verilib, ardınca da təhsil ocağından xaric edilib. 

Xatırladaq ki, "McDonald"s"ın Azərbaycan nümayəndəliyi Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlara başlamasından sonra sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı postları və paylaşımları silib.

Azərbaycanda tanınmış və xeyli sayda müştərisi olan "McDonald"s"ın bu addımı narazılıqla qarşılanıb. Eyni addımı "Burgerking" şirkəti də atıb. Sosial şəbəkələrdə hər iki şirkətin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılıb. Adı çəkilən şirkətlər həmin paylaşımları ermənilərin kütləvi narazılığından sonra siliblər. 

Qeyd edək ki, adı çəkilən təhsil müəssəsinin təsisçilərindən biri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğluTaleh Heydərovdur.

 

etiraz

 

P.S. Avropa Azərbaycan Təhsil məktəbinin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.