Salyanda səhmdarlarla "Salyan Avtovağzal" ASC arasında məhkəmə çəkişməsi: "Polis onun şikayətini rədd edib"

15:54 22-11-2020 144
Salyanda səhmdarlarla "Salyan Avtovağzal" ASC arasında gəlirlərin gizlədilməsi və səhmdarlara verilməli olan dividentlərin düzgün hesablanmaması ilə əlaqədar məhkəmə prosesi davam edir. 
 
Sahibkarlar ASC-dən gəlirlərin gizlədilməsi, vergidən yayınma və bir çox qanunsuzluqlarla əlaqədar hesabat tələb edirlər. 
 
ASC-də 14,1% paya sahib şikayətçilər - Əliyeva Püstəxanım İsmayıl qızı 4158 səhmə, Əliyev Saleh Hümmət oğlu 158 səhmə, Əliyev Şahin Hümmət oğlu 158 səhmə sahib olduqlarını deyiblər və onlar pozuntularla bağlı araşdırmalar aparıb, sənədlər də topladıqlarını deyiblər. 
 
Bu barədə Arqument.az-a səhmdarların səlahiyyətli nümayəndəsi Valeh Əliyev məlumat verib.
 
Onun sözlərinə görə, iş artıq məhkəmədədir, lakin ASC rəhbərliyi hər vasitə ilə məhkəmədə iddiaçıların tələb etdikləri sənədləri verməkdən yayınır, hər vasitə ilə məhkəmənin müxtəlif bəhanələrlə təxirə salınmasına nail olmağa çalışır: "ASC rəhbərliyi hakimin qərarından ehtiyac olmasa da, apellyasiya şikayəti verib, şikayətin cavabı gələnə qədər məhkəmənin növbəti iclasının bir ay təxirə salınmasına nail olub".
 
"Araşdırmışıq ki, ASC-nin vergiyə təqdim etdiyi dövriyyə faktiki dövriyyələrdən on dəfələrlə azdır. Bu da cəmiyyətin dövlətə ödədiyi vergi, eləcə də səhmdarlara ödədiyi divedentin dəfələrlə azadılması anlamına gəlir. Bizim əlimizdə bütün bunları təsdiq edən sənədlər var. Eləcə də bir çox başqa qanun pozuntuları ilə əlaqədar tutarlı sənədlər toplanıb ki, bunlar da məhkəmədə açıqlanacaq və cavabdehlərdən hesbat tələb ediləcək", - o deyib.
 
Sahibkar bildirib ki, ASC rəhbərliyi hesabat vermək əvəzinə onları polisə verib şərləmək istəyib: "ASC-nin təsisçisi və mühasibi məni (V.Əliyevi. red) polisə verib ki, guya şantaj və hədə-qorxu yolu ilə pul tələb etmişəm. Hətta Salyan Rayon Polis İdarəsinə müraciət ediblər. Polis İdarəsi isə müvafiq araşdırma apardıqdan sonra şikayəti əsassız olduğu üçün rədd edilib".
 
V. Əliyevdə deyir ki, o da öz növbəsində həm İcra Hakimiyyətinə, həm Rayon Prokurorluğuna, həm də Polis İdarəsinə müraciət edib: "Bütün qanunsuzluqlar barədə rəsmi məlumat vermişəm. Eləcə də rayon ərazisində fəaliyyət göstərən və gəlirləri və dövlət büdcəsinə ödəməli olduqları maliyyə vəsaitləri heç bir sənəddə əksini tapmadıqları üçün, rayon şəhər daxili və kəndlər arası marşrutların fəaliyyət göstərdiyi "mini avtovağzalın" və avtovağzal ərazisindəki bazarın qanunsuz fəaliyyət göstərdiyi ehtimalının araşdırılmasını xahiş etmişəm". 
 
Şikayətçilər bildiriblər ki, bir neçə il ərzində ASC-də mütəxəssizsiz, səhmdarlarsız, müşahidəçilərsiz  illik yoxlama aparan 5 saylı Şirvan Ərazi Vergi İdarəsindən də İqtisadiyyat Nazirliyinə şikayət edilər: 
 
"5 saylı Şirvan Ərazi Vergi İdarəsinin nümayəndələri burada yoxlamalar aparıblar, akt tərtib ediblər, amma ehtimal edirik ki, bunlar həqiqətəuyğun deyil. Ona görə də səhmdarlar İqtisadiyyat Nazirliyi yanında Baş Vergi İdarəsinə müraciət ediblər. Həmçinin Baş İdarədən xahiş ediblər ki, məhkəmədə səslənəcək faktların qeydiyyatını aparıb araşdırmaq üçün məhkəməyə rəsmi nümayəndə göndərilsin".  
 
"Təqdim edilən faktların və şahidlərin çoxluğunu nəzərə alıb, bu faktların araşdırılması məhkəmənin səlahiyyətində olsa da, vaxt məhdudiyyəti səbəbindən məhkəmədən xahiş edəcəyik ki, hakim həmin faktların ya Baş Vergi İdarəsinin İstintaq Komissiyasının və ya Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən araşdırması haqqında vəsadətimizi təmin etsin", - səhmdar bildirib. 
 
V. Əliyev deyir ki, məhkəmə obyektiv keçəcəksə, on ildən çox müddətdə səhmdarlara verilməli olan, amma mənimsənilən pulun miqdarından asılı olmayaraq, həmin məbləğ rəsmi qaydada Orduya Yardım Fonduna köçürüləcək. 
 
V.Əliyev bildirib ki, dediklərini təsdiq etmək üçün əllərində kifayət qədər, tutarlı faktlar və sənədlər var.
 
O deyib ki, hakim keçən iclasda iddiaçıların məhkəmə prosesi açıq olduğu üçün prosesin videolentə çəkilməsi haqqında vəsadətini təmin edib: "Yaxın 15-20 gün ərzində növbəti məhkəmə prosesinin təyin olunacağı ehtimalı var. Sonra isə biz məhkəmənin nəticələri ilə əlaqədar Bakıda mətbuat konfransı keçirəcəyik".
 
"Salyan Avtovağzal" ASC-dən işin məhkəmədə olduğu və hazırda prosesin araşdırıldığı bildirilib. 
 
Mənbə Arqument.az