Samuxda dövlət tenderlərini hansı şirkətlər udur?
2020-cu ildə Samux rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 092 min 634 manat məbləğində 9 tender keçirilib.
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 1 tenderə 383 min 659 manat xərcləyib. Samux Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi "ƏRDAGI" MMC olmuşdur.
Samux Suvarma Sistemləri İdarəsi ümumi məbləği 455 min 660 manat olan 4 tender müsabiqəsi keçirib. Ən böyük tenderin qalibi "RUZİ" MMC (239 min 720 manat) olmuşdur. "RUZİ" MMC eyni zamanda sayca ən çox tenderin(3) qalibi olan şirkətdir.
FED.az 2020-cu ildə Samux Rayonunda keçirilən tenderləri təqdim edir.