Bakı Şəhər İcra hakimiyyəti 15 tenderə 21 milyon 921 min 835 manat xərcləyib

00:00 31-12-2020 315

2020-cu ildə Bakı şəhərində dövlət qurumları tərəfindən ümumi məbləği 36 milyon 644 min 526 manat məbləğində 41 tender keçirilib.

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 15 tenderə 21 milyon 921 min 835 manat xərcləyib. Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi  tenderin qalibi "Stone Construction"QSC   olmuşdur.İcra Hakimiyyəti şirkətlə 6 milyon 707 min 694 manatlıq tender müqaviləsi imzalayıb.  

"Stone Construction"QSC eyni zamanda 2-ci ən böyük tenderin(6 milyon 257 min 414 manat) qalibi olmuşdur.

Bakı Şəhəri MKTB ümumi məbləği 14 milyon 041 min 115 manat olan 23 tender müsabiqəsi keçirib. Ən böyük tenderin qalibi "İmprotex Trucks and Buses" MMC  (9 milyon 997 min 414 manat) olmuşdur.

Bakı Şəhər Heyvanat Parkıda 3 tender keçirib ki, tenderin məbləği 681 min 576 manat təşkil edir

FED.az 2020-cu ildə Bakı şəhərində keçirilən tenderləri təqdim edir.

imageimageimageimageimage