Azərbaycanın tanınmış aktyoru -vəfat edib

12:11 31-12-2020 252

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Ağaxan Şərifov vəfat edib.

Bu barədə aktyorun yaxınları məlumat veriblər.

Bildirilib ki, üzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Şərifov 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb.

2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrda işləməyə başlayıb.