ABŞ kəşfiyyatı: -İran hücuma hazırlaşır…

12:12 31-12-2020 234

ABŞ kəşfiyyatı Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün ildönümündə Pentaqonun Yaxın Şərqdəki qüvvələrinə İranın zərbələr endirməyi planlaşdırdığını bildirib.

 Bu barədə “Foks Nyus” kanalı öz mənbələrinə əsasən məlumat yayıb.

“Kəşfiyyat ABŞ-ın Yaxın Şərqdəki qüvvələri və Vaşinqtonun müttəfiqlərinə qarşı hücumların olacağını ehtimal edir. Narahatlıq doğuran ölkə isə İraqdır”, – kanal bildirib.

Qeyd edək ki, dünən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı 2 ədəd B-52 strateji bombardmançı təyyarəsinin Yaxın Şərgə göndərildiyini bildirmişdi.