Hulisi Akar Qarabağda Ortaq Mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüb: -"Müdafiə vəzifəmizi yerinə yetirəcəyik”
Türkiyənin müdafiə naziri Hulisi Akar, Bakıda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüb.
Yenixeber.org: Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hulisi Akar bildirib ki, türk hərbiçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar: “Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”/APA.