Qarabağda -1135 erməni hərbçisinin cəsədi tapılıb

23:58 31-12-2020 252
Noyabrın 13-dən bu günə kimi Qarabağda 1135 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, hazırda üç xilasetmə qrupu Xocavənd, Ağdarə və Cəbrayıl bölgələrində axtarış işləri aparır.

Axtarışlara xilasedicilərlə birlikdə ölən və ya itkin düşmüş erməni hərbi qulluqçuların yaxınları, habelə əraziyə bələd olan şəxslər də cəlb olunub.