Ermənistanda koronavirusa yoluxma sürətlə artır

16:07 01-01-2021 225
Ermənistanda son sutka ərzində daha 329 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
 "Sputnik Ermənistan” xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 159 738 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2828-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 685 nəfərdir.