Avrasiya İqtisadi İttifaqına sədrlik Qazaxıstana keçdi

16:09 01-01-2021 180
1 yanvar 2021-ci ildən etibarən Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik Belarusdan Qazaxıstana keçib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin sədrlik prioritetləri kimi ittifaq çərçivəsində razılaşmaların tam həyata keçirilməsi, maneələrin aradan qaldırılması və qarşılıqlı faydalı kooperativ və beynəlxalq əməkdaşlığın inkişafını vurğulayıb.

Xatırladaq ki, Aİİ 2015-ci ildə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin hərəkət azadlığını və koordinasiyalı iqtisadi siyasətin həyata keçirilməsini təmin edən beynəlxalq bir təşkilat kimi yaradılıb.

İttifaqın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstandır.