MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayır

16:19 01-01-2021 180

Azərbaycanda yanvarın 1-dən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2020-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayır.

 "report"a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.