“Sirli ünvan”dakı şirklətlərdən biri bu dəfə BNA ilə əməkdaşlıq edəcək – MÜƏMMALI TENDER

16:26 01-01-2021 243

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Voklus TT Qrup” MMC olub.

Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Voklus TT Qrup” MMC BNA-nın sifarişi əsasında “Dəftərxana, mətbəə, çap işləri üzrə mal-materiallar və digər işlərin satın alınması”nı həyata keçirəcək. Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA "Voklus TT Qrup” MMC -yə  28 min 249 manat 95 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "Voklus TT Qrup” MMC 04.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir.

Qanuni təmsilçisi Rəhimov Bayram Tahir  oğlu olan "Voklus TT Qrup” MMC cəmi 4 ay əvvəl dövlət qeydiyyatına alınmasına baxmayaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin keçirdiyi 2 tender müsabiqəsinin qalibi olub.

"Voklus TT Qrup” MMC  oktyabr ayında “Qobu Park-3” yaşayış kompleksinə II mərhələdə 536 məcburi köçkün ailəsinin köçürülməsi” xidməti üçün “Qaçqınkom”dan 95 min 944 manat, dekabr ayında isə “Santexnika mallarının alışı” üçün 8 min 380 manat alıb.

Məlumat üçün bildirək ki, “Qaçqınkom” müsabiqə elanını sentyabr ayının 25-də elan edib. 96 min manatlıq tender müsabiqəsinin qalibi olan "Voklus TT Qrup” MMC  bu elandan təxminən ay yarım əvvəl – avqust ayının 4-də dövlət qeydiyyatına alınıb.

Maraqlı məqamlardan biri də odur ki, "Voklus TT Qrup” MMC -nin  dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə onlarla şirkət qeydiyyata alınıb və bu şirkətlərin nizamnamı kapitalları eyni olub, həmçinin adlarında bənzərlik olan bu MMC-lərin qanuni təmsilçiləri də eyni şəxslər olub.

"Voklus TT Qrup” MMC  ilə birgə “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
“Ayfoks as Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat Əliəkbərov Əfqan Qinyaz 20.07.2020
“Semka Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat Əliəkbərov Əfqan Qinyaz 20.07.2020
“Luks az Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat Əzizov Müşfiq Tofiq 23.07.2020
“Lakseta az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Əzizov Müşfiq Tofiq 23.07.2020
“Furlon km Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Həsənov Rabil Tanrıverdi 23.07.2020
“Deblo as Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Həsənov Rabil Tanrıverdi 23.07.2020
“Sultan az Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat Fərzəliyev Hacı Dairoviç 24.07.2020
“Titul az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Rəhimova Günel Bayram 28.07.2020
“Qurman az Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat Rəhimova Günel Bayram 28.07.2020
“Helkom Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat Əzizov Əziz Tofiq 29.07.2020
“Luks az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Əzizov Əziz Tofiq 30.07.2020
“Gerlok az Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Əzizov Əziz Tofiq 30.07.2020
“Voklus tt Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat Rəhimov Bayram Tahir 04.08.2020
“Nerlom az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Rəhimov Bayram Tahir 04.08.2020
“Mermer ttc Onstraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Rəhimov Bayram Tahir 04.08.2020
“Sımurq Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Rəhimova Günel Bayram 04.08.2020
“Conus as Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Rəhimova Mahirə Narəddin 04.08.2020
“Xasıko as Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat İmanıyev Xəzər Ənvər 10.08.2020
“Duklos tt Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat İmanıyev Xəzər Ənvər 10.08.2020
“Pormeks az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat İmanıyev Xəzər Ənvər 10.08.2020
“Omılon az Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat Əzizli Murad Cümşüd 10.08.2020
“Celsum az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Yusifov Adıgözəl Mənsur 11.08.2020
“Geo ts Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Yusifov Adıgözəl Mənsur 11.08.2020
“Enlot Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat İbrahimova Aytən Vüqar 20.08.2020
“Furusko Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat İbrahimova Aytən Vüqar 20.08.2020
“Valrum Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat İbrahimova Aytən Vüqar 20.08.2020
“Pomen as Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Abdullayev Cavidan Elçin 20.08.2020
“Ruklon az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Skvortsov Arkadiy Sergeyeviç 11.09.2020
“Elfın TC” Məşədi Hilal Kazımov ev 40 10 manat Skvortsov Arkadiy Sergeyeviç 11.09.2020
“Ruklon az Qrdup” Məşədi Hilal Kazımov ev 40 10 manat Skvortsov Arkadiy Sergeyeviç 11.09.2020
“Bıqfın az Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Skvortsov Arkadiy Sergeyeviç 11.09.2020
“Rekor RT” Məşədi Hilal Kazımov ev 40 10 manat Denisov Dmitriy Valeryeviç 15.09.2020
“Ambra az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Denisov Dmitriy Valeryeviç 15.09.2020
“Mılber az Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Denisov Dmitriy Valeryeviç 15.09.2020
“Alkantra az Grup” Məşədi Hilal Kazımov ev 40 10 manat Denisov Dmitriy Valeryeviç 15.09.2020
“Tablo az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Səlimov Kənan Əhəd 21.09.2020
“Cenub az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Əhmədov Fuad Elxan 21.09.2020

 
Onu da qeyd edək ki, “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərlə Bakının başqa bir “sirli ünvan”ında - “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydiyyatda olan şirkətlər arasında əlaqə mövcuddur. Belə ki, noyabr ayında hərbi hissələrdən birinin keçirdiyi 192 min manatlıq  tender müsabiqəsinin qalibi “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan “Ruklon Az Ltd” MMC olub.
“Ruklon Az Ltd” MMC-nin qanuni təmsilçisi Skvortsov Arkadiy Sergeyeviç “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda da başqa bir şirkəti qeydiyyatdan keçirib. 08.09.2020-ci il tarixində Skvortsov Arkadiy Sergeyeviç “2-ci Zabrat dairəsi ev.133 m.72” ünvanında “Okean az Grup” adlı şirkəti qeydiyyatdan keçirib.
Qeyd olunan ünvanda qeydiyyatdan keçən şirkətlərin siyahısı ilə BURDAN tanış ola bilərsiniz.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.