“LiftTəmir” 2 milyon manatlıq tenderə yekun vurub

16:29 01-01-2021 261

 FED.az xəbər verir ki, “LiftTəmir” İstehsalat Birliyi dispetçer sisteminin quraşdırılması, bunun üçün proqram təminatının yazılması və mərkəzi dispetçer məntəqəsi ilə inteqrasıyasının təmin edilməsi, liftlərin mühərrik otağına gedən əsas elektrik xəttinin yenilənməsi və torpaqlama xətti ilə təmin olunması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "Assistance Construction" MMC olmuşdur.

 “LiftTəmir” İstehsalat Birliyi qalib şirkətə 1 milyon 903 min 125 manat ödəyəcək.