ATƏT-in yeni sədri: “Dağlıq Qarabağ ətrafı münaqişələrin həlli gündəliyə daxil ediləcək”

16:44 01-01-2021 171

1 yanvar 2021-ci ildən İsveç Xarici İşlər Naziri Ann Linde bir il müddətinə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri olub.

Bu barədə qurumun mətbuat xidməti məlumat verib.

Lindenin sözlərinə görə, İsveç gücünü Avropa təhlükəsizlik nizamının qorunması, uzanan münaqişələrin həlli, demokratiya və gender bərabərliyinin gücləndirilməsi istiqamətinə yönəldəcək:

“Sədr kimi prioritetlərimiz ATƏT-in təməl vəzifələrini qeyd etmək, Avropa təhlükəsizlik qaydalarını və ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək, bölgəmizdəki münaqişələrin həllinə töhfə vermək olacaq”.

O, yanvarın 14-də proqramı ATƏT Daimi Şurasına ətraflı təqdim edəcəyini bildirib.

Linde qeyd edib ki, 2021-ci ilin əvvəlindəki gündəliyə Dağlıq Qarabağ ətrafındakı münaqişələrin həlli məsələsi də daxil ediləcək.