Bakı Sağlamlıq Mərkəzindən 11 milyon manatlıq satınalma

13:06 02-01-2021 405

Bakı Sağlamlıq Mərkəzi  tenderin qalibini açıqlayıb. FED.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzi tibbi avadanlıqların cari təmiri və tez köhnələn hissələrinin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi  "SolaMedical" MMC olmuşdur. Bakı Sağlamlıq Mərkəzi qalib şirkətə 10 milyon 950 min 570 manat ödəyəcək.