Senat Trampın vetosuna üstün gəldi

14:08 02-01-2021 189

ABŞ Senatı Prezident Donald Trampın qanuna qoyulan vetosunu aşaraq, 2021-ci maliyyə ili üçün müdafiə büdcəsinə səs verib.

  RİA Novosti bildirir ki, sənədi yuxarı palata üzvlərinin üçdə ikisindən çoxu dəstəkləyib.

Müdafiə büdcəsi Rusiyanın "Şimal Axını — 2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaların genişləndirilməsini, Ukraynaya silah tədarükünün davam etdirilməsini, Amerika və Rusiya hərbçilərinin əməkdaşlığına qadağa qoyulmasını, Rusiya S-400 ZRK-lərinin alınmasına görə Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutur.

Xatırladaq ki, ötən həftə Tramp Konqresin hər iki palatası tərəfindən təsdiqlənmiş büdcəni bloklayıb. O, sənədi Rusiya və Çinə "hədiyyə" adlandıraraq onu imzalamaqdan imtina edib.

Prezidentin əsas iddiaları ABŞ-da Vətəndaş müharibəsi dövründə ölkənin quldarlıq quruluşunun hökm sürdüyü cənubunun hərbi komandirlərinin şərəfinə adlandırılmış hərbi bazaların adının dəyişdirilməsini, eləcə də sosial şəbəkələr və KİV-lər üçün dərc etdikləri materialların məzmununa görə məsuliyyət nəzərdə tutan maddələrə aid idi.