"Qarabağ" klubu Qurban Qurbanovun oğlunu -icarəyə verdi

23:09 02-01-2021 297

"Qarabağ" klubu futbolçusu Musa Qurbanlını icarəyə verib.

18 yaşlı hücumçu oyun praktikasını artırmaq üçün mövsümün sonuna qədər "Zirə"də çıxış edəcək.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O, bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.