Qusar sakinləri: “Natəmizlik, xəstəlik baş alıb gedir, maraqlanan yoxdur”

23:15 02-01-2021 216

Qusar rayon sakinləri ətrafda yığılan məişət tullantılarının təmizlənməməsindən şikayət edir.  Bu barədə vətəndaşlar  redaksiyasımıza müarciət edib. 

Məlumata görə, fotolarda gördüyünüz ərazi Qusarın Çartəpə adlanan ərazisidir. Sakinlər iddia edir ki, hər kəs evdən çıxan zibilləri, məişət tullantılarını çayın içinə və ya ətrafına atır.  

Həmin zibillər orada yığılır və üfunət qoxur. Bu həm ətrafda yaşayan sakinlərin sağlamlığına, həm də ekologiyaya böyük ziyan vurur. 

Onların sözlərinə görə, natəmizlik, xəstəlik baş alıb gedir, amma bu məsələ ilə maraqlanan və ərazinin təmizlənməsi üçün tədbir görən yoxdur.