Vətən Müharibəsində iştirak etmiş, şəhid olmuş, medallarla təltif olunmuş “Neftçi”lilər - FOTO

18:06 03-01-2021 297

“Neftçi” klubu Vətən müharibəsində iştirak etmiş, şəhid olmuş və qazi kimi dönmüş azarkeşləri və əməkdaşları barəsində paylaşım edib.

“Neftçi” azarkeşlərindən şəhid olmuş mayor Əsgərov Rüfət Mürvət oğlu prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları, baş leytenant Məcidzadə Teymur Tehran oğlu “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları, əsgər Qulamlı Afiq Fərhad oğlu “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları, əsgər Quliyev Asim Bəkir oğlu isə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar (ölümündən sonra).

Döyüşlərdə iştirak edən klub əməkdaşı, leytenant Paşalı Ülvi Turab oğlu “Suqovuşanın azad olunmasına görə” medalı, “Neftçi” azarkeşlərindən olan qazilər - əsgər Şükürlü Cahid Elçin oğlu “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, əsgər Əliyev Rafiq Elxan oğlu isə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!