Qonşu ölkədə zəlzələ olub

00:29 04-01-2021 189

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib.

Dağıntılar və ya tələfat barədə məlumat verilmir.