Bəstəkar Nailə Mirməmmədli -vəfat edib

22:01 04-01-2021 216

Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

Faktı BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva təsdiqləyib.

G.Orucəliyeva qeyd edib ki, N.Mirməmmədli bu gün dünyasını dəyişib: “Hələlik onun ölüm səbəbi məlum deyil”.

Allah rəhmət eləsin!