İranın XİN başçısı -Azərbaycana gələcək

22:03 04-01-2021 225

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

“Mehr” agentliyi xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və Yerevana səfərləri gündəlikdədir.

S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.