Viktoriya Nuland yenidən -vəzifəyə qayıdır

12:20 06-01-2021 315
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Viktoriya Nulandın dövlət katibinin müavini vəzifəsinə namizədliyini nəzərdən keçirir.
 Bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, demokratlar bir həftə ərzində bu barədə qərarı elan edə bilər.

Daha əvvəl Nuland ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Beləliklə, Nuland Rusiyaya qarşı daha sərt sanksiyaların tərəfdarı, Moldova, Gürcüstan və Ukraynadakı qərbyönümlü qüvvələrə dəstək verilməsinin tərəfdarı olub.

O, 2017-ci ildə Donald Trampla fikir ayrılıqlarına görə vəzifəsindən gedib. Daha sonra Yeni Amerika Təhlükəsizlik Mərkəzinin (CNAS) rəhbəri olub.