Ermənilər Şuşaya görə -Paşinyanı lənətlədi

13:02 06-01-2021 270
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.
 Dövlət başçısı "Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər", - deyə bildirib.

Gözlənildiyi kimi, erməni KİV-ləri Şuşaya Azərbaycanda bu qədər böyük dəyər verilməsini qısqanclıqla qarşılayırlar.

"Mediapor" hətta Ermənistan baş nazirinin Şuşa haqqında "məşhur" fikirlərini xatırladaraq Nikol Paşinyanın lənətləndiyini bildirib:

"Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Xatırladaq k, 44 günlük müharibənin yekunlaşdığı məlum kapitulyasiya aktından sonra baş nazir Nikol Paşinyan məğlubiyyətə görə özünə haqq qazandırırdı. O, Şuşa haqqında da fikirlər səsləndirmişdi. Paşinyan “Şuşa kədərli, bəxtsiz şəhər idi” deyərək bununla da özünə lənətlər yağdırdı".

Qeyd edək ki, Qarabağın incisi hesab olunan Şuşa şəhəri 2020-ci ilin noyabr ayının 8-də erməni işğalından azad edilib.