Neftçalada keçirilən 16 tenderi hansı şirkətlər udub?

15:49 06-01-2021 324

2020-cu ildə Neftçala rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 988 min 218 manat məbləğində 16 tender keçirilib. 

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 8 tenderə 129 min 521 manat xərcləyib. Neftçala  Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "AS-FA 2018" MMC (24 min 640 manat)  olmuşdur.

Neftçala Suvarma Sistemləri İdarəsi  ümumi məbləği 760 min 728 manat olan 4 tender müsabiqəsi keçirib. Ən böyük tenderin qalibi "İlkin-N"MMC (275 min 303 manat) olmuşdur.

FED.az 2020-cu ildə Neftçala  Rayonunda keçirilən tenderləri təqdim edir.

image