VƏTƏN MÜHARİBƏSİNİN DAHA İKİ QƏHRƏMANI - Şəhid Nahid Həsənov və Elmir İbrahimovun hekayəsi + VİDEO

19:19 06-01-2021 243

44 günlük Vətən Müharibəsinin daha iki qəhrəmanı - şəhid Nahid Həsənov və Elmir İbrahimovun döyüş yoluna nəzər salaq.

24 yaşlı Nahid Həsənov Saatlı rayonunda anadan olub. O, həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qatılıb.

Nahid Həsənov kəşfiyyatçı olub və əks-hücum əməliyyatları zamanı ilk sıralarda yer alıb. O, Füzuli istiqamətində qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirərkən qəlpə yarasından qəhrəmancasına şəhid olub.

Vətən Müharibəsinin daha bir qəhrəmanı - şəhid Nahidin həmyerlisi Elmir İbrahimovdur. 24 yaşlı Elmir döyüşlər başlayarkən könüllü olaraq ön cəbhəyə yollanıb.

Peşəkar sürücü olan Elmir bir əlində silah düşmənə qarşı mübarizə aparıb, həmçinin, öndə olan hərbçilərimizə silah-sursatın çatdırılmasında fəallıq göstərib.

O, Daşaltı kəndi istiqamətində tapşırıqlardan birini icra edərkən noyabr ayının 8-də şəhidlik zirvəsinə uzalıb.

Daha ətraflı AZTV-nin videoreportajında: