Oliqarxa çevrilən Adil Vəliyevin topdağıtmaz sərvəti – SİYAHI
8 ildir Sabunçu rayon İcra Hakimiyyətinə başçılıq edən Adil Vəliyev özünə böyük biznes imperiyası qurub. Bu barədə ictimainezaret.info saytı məlumat yayıb.
Media da yayılan məlumatlara görə, Bakının Sabunçu rayonunda aparılan genişmiqyaslı təmir-tikinti işlərinə ayrılan vəsaitlər, yolların yenidənqurulması üçün nəzərdə tutulam pullar, sahibkarlardan yığılan rüşvət, obyektlərdən alınan “haqq”, “otkat”lardan toplanılan milyonlar hesabına günü-gündən varlanan icra başçısı artıq böyük bir oliqarxa çevirilib.
Zaman-zaman mediada yayılan məlumatlara görə, Adil Vəliyevin bəlli olan var-dövlətinin siyahısı sosial şəbəkələrdə də ictimailəşən siyahını yenidən oxuculara təqdim edirik:
Siyahıya görə:
Sabunçuda 4 hektarlıq ərazidə mərmər sexi
Sabunçu qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexi
Bakıxanov qəsəbəsi, Mədəniyyət küç. “Şəhrizad” Uşaq Bağçası
Sabunçu, Aydınbəyov küç. 19 ünvanda yerləşən 3 saylı uşaq bağças
Nərimanov rayonu, E. Qocayev küç. ev 17 ünvanında mənzil
Xəzər rayonu, B. Əliyev küç. Dön. 4, ev 34 ünvanında mənzil
”Euro Style” LTD şirkəti və FASHION MMC
Bakıdakı “Euro Style” adlı bütün bərbər salonları
Nizami rayonu, B. Çobanzadə küç “Sarı gəlin” şadlıq sarayı
Bakıxanov, Mehmandarov küç. 12 ünvanında “AQAT” şadlıq sarayı
“Bakıxanov Rezidens” yaşayış kompleksi
Binalara üzlüklər çəkən “AQAT” şirkəti
O “Volkswagen”, “Porche”, “Audi”, “Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər3-4 milyonluq avtomobil kolleksiyası:
”Posche Mansory 958 Cayenne”
”Ferrari F 12 Berlinetta”
Land Rover Range Rover
2 ədəd göy və Qırmızı rəng Porsche 911
Sabunçu rayon İcra başçısı Adil Vəliyeva aid olduğu deyilən avtomobil nömrələri: 10-AA-818, 10-YY-078, 10-FF-078, 10-AL-078, 10-AA-078, 99-CF-999 və 99-ON-999.
Bunlardan başqa, Sabunçu rayon icra başçısı Adil Vəliyevin ailə biznesinə rayonda bir neçə göydələn, ticarət obyektləri, fərdi yaşayış evləri və torpaq sahələri də daxildir.
Ötən ilin aprel ayında 60 yaşını təmamlayan Adil Vəliyev haqqında illərdir mətbuatda neqativ yazılar dərc edilir. Müxtəlif qalmaqallarla gündəmə gələn icra başçısının yaxın vaxtlarda işdən çıxarılacağı haqda söz-söhbət gəzir.
Məlumata görə, Adil Vəliyevin özü də Sabunçu rayonundan başqa bir rayona “transfer” olmaq istəyindədir. Çünki, səbəb qalmaqallarla icra başçıları arasında “ulduz”a çevrilən Adil Vəliyev bir gün Prezidentin qəzəbinə tuş gələcəyindən qorxur.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.