"Azəravtoyol"da Əliheybət Şirinova "toxunulmazlıq" statusu verilib?- İTTİHAM

11:59 07-01-2021 351

Mediada “Azəravtoyol” ASC-nin 8 saylı yol istismar idarəsinin rəisi rəisi Əliheybət Şirinovun qanunsuz hərəkətlərindən çox yazılıb.

Hətta, mediada bir müddət öncə yayılan məlumatlara görə, Şamaxda məskunlaşan bir qrup məcburi köçkün Əliheybət Şirinovun qanunsuz hərəkətlərindən Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıblar.

Şikayətçilərin o vaxt mediada yayılan məlumatında bildirirlirdi ki, 2013-2015-ci illər ərzində ona məxsus avtomaşınlarla 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin şifahi sifarişi ilə müxtəlif tikinti obyektlərinə yüklər daşımışlar. 

Əliheybət Şirinov onlara müxtəlif tikinti materiallarının daşınması işlərini gördürmüş və görülmüş işlərin müqabilində ödənilməli olan 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat məbləğində pulu ödəməkdən boyun qaçırmışdır. Pulu ödəmək bir yana hətta onları və ailə üzvlərini ölümlə hədələyib.

Bundan başqa, mediada Əliheybət Şirinov Biləsuvar, Siyəzəndə və Hövsan qəsəbəsində zavodlarının olması barədə məlumatlar yayılmışdı. 

Həmçinin, yayılan məlumatlarda bildirilir ki, Əhmədli qəsəbəsində fəaliyyət göstərən asfalt zavodu da ona məxsusdur. Təkcə Dərnəgül yolunun çəkilişində 30-40 milyon manata yaxın dövlət pulu mənimsənilib.

Şamaxı rayonunun Padar kəndində çöl yolunun çəkilişində milyonlarla manat mənimsənilib. Bunun hesabına Şamaxıda böyük bir asfalt zavodu yaradılıb.

Əliheybət Şirinov biznes imperiyasına Hacıqabul rayonunda 50 hektarlıq parnik, Sabirabad rayonunda təkər zavodu, Hacıqabul rayonunda 7-10 minə yaxın xırda buynuzlu, 2-3 min baş isə iri buynuzlu heyvandan ibarət olan fermer təsərrüfatı daxildir.

Mediada yayılan məlumatlarda o da qeyd olunur ki, Əliheybət Şirinov və yaxın adamları Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilən binada istədikləri qədər mənzil mənimsəyiblər.

Xaçmaz rayonunda Olimpiya kompleksinin, Gəncə şəhərində qaçqın və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının tikintisində milyonlarla manat mənimsənilib.

Əliheybət Şirinovun 13-ə yaxın daş karxanası var. Dəvəçi rayonunda böyük parnik, avtomobil salonları, Nardaranda bir neçə villa da Əliheybət Şirinovun əmlaklarının siyahısına daxildir. Oğlanlarının və özünün 5-6 avtomobili var. Yol tikintisində istifadə etmək üçün 100-ə yaxın yük maşınına malikdir. Onun hətta Türkiyədə də əmlakları da var. Məlumatlara görə, Xırdalanda fəaliyyət göstərən Beton zavodu da ona məxsusdur.

Sonda onu da qeyd edək ki, redaksiyamıza Cəbrayıl sakini Əliyev Əliheydər tərəfindən daxil olan müraciətdə 8 saylı Yol İdarəsinin müdiri Əliheybət Şirinovun Dövlət Büdcəsindən yolların təmirinə ayrılan vəsaiti mənimsədiyini və "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovun Əliheybət Şirinovun qanunazidd hərəkətlərinə göz yumduğunu iddia edir.

Vətəndaşın videomüraciətini təqdim edirik:

milletinsesi.info

P.S. Qarşı tərəf kimi adı çəkilən şəxsində mövqeyinə yer verməyə hazırıq.