"Mətanət-A”-da nə baş verir: Elxan Bəşirov xaricə köçüb?

12:11 07-01-2021 315

"Mətant-A” şirkətinin rəhbərliyində dəyişiklik olub. Qlobal.az-ın əldə etdiyi məlumata görə, şirkətə Yakup Çimən adlı şəxs rəhbər vəzifəyə gətirilmişdir.

Yakup Çimenin hansı ölkənin vətəndaşı olması barədə məlumat verilmir. Onun bundan önçə "Mətanət-A” şirkətində menecer vəzifəsində çalışdığı bildirilir. Qeyd edək ki, sözügedən dəyişiklik ötən ilin sentyabr ayında baş vermişdir. 

Məlumatda şirkətin əvvəlki rəhbəri Elxan Bəşirovun ölkəni tərk etdiyi deyilir. Yerli mediada yazılanlardan anlaşılır ki, Avropada, Amerikada nüfuzlu şəxslərlə sıx əlaqələri olan Elxan Bəşirov xaricdə yeni biznes qurmuşdur.

 

Yeri gəlmişkən, "Mətanət-A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan şirkətlərdəndir.

Mətanət-A” rəhbəri Elxan Bəşirovun milyonu Mahmudovda necə batdı? »  Gundeminfo.az
1609877983_1599534861098

200-dən çox ticarət markasına sahib olan şirkət yerli bazarda öz statusunu qoruyub saxlamaqla yanaşı, eyni zamanda məhsullarını Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir.